"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Valeh Abdullayev: “Bələdiyyələrin işinin təkmilləşdirilməsi bu günün tələbidir”

--2017-06-13 / 13:04

“Yerli özünüidarə orqanlarının yaradılması və inkişafı ümummilli lider H.əliyevin adı ilə bağlıdır“- bu fikirləri Belediyye.infoya  Zakatala rayon Muxax bələdiyyəsinin sədri Valeh Abdullayev bildirib.

Sədrin sözlərinə görə, yerli demokratiyanın inkişafı və təkmilləşdirilməsi dövlət siyasətinin tərkib hissəsi olmaqla mühüm bir tarixi prosesdir. Bu təkmilləşdirmə prosesi bu gün də çox uğurla davam etdirilir.

Sədr daha sonra bildirib:

“Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiyada bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsbit edilməsi ilə başlanmışdır.

Yerli demokratiyanın qurulması üçün qısa müddətdə zəruri qanunvericilik və təşkilati tədbirlər görülmüş və 1999-cu ildə Azərbaycan tarixində ilk dəfə demokratik əsaslarla bələdiyyə seçkiləri keçirilmiş və yerli özünüidarəetmə sistemi formalaşmışdır.

Ötən dövr ərzində Azərbaycanda yerli özünüidarəetmə sahəsində həyata keçirilən strategiya və qanunvericilik islahatları, institusional mexanizmlərin təkmilləşdirilməsi nəticəsində bələdiyyələrin fəaliyyəti xeyli təkmilləşmiş, yerli özünüidarəetmə sistemi yerli əhəmiyyətli məsələlərin müstəqil və sərbəst şəkildə həll edilməsinə, əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsinin yerinə yetirilməsinə imkan vermişdir.

Həmçinin,Hörmətli prezidentimiz ilham əliyev cənablarının sərəncamları əsasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi,səmərəliliyinin daha da artırılması baxımından qanunvericiliyə mütərəqqi dəyişikliklər edilmiş və bu dəyişikliklər içtimai həyatda, sosial - iqtisadi proqramların həyata keçirilməsində bələdiyyələrin rolunu artırmış, maliyyə imkanlarını xeyli genişləndirmişdir.

Yerli özünüidarə qurumları qanunvericiliklə əhalinin konkret ictimai xidmətlərlə təmin etmək öhdəliyi daşıyır və bunun üçün onlar ilk növbədə, zəruri maliyyə resusrlarına malik olmalıdır. Deməli, bələdiyyələrin öz sələhiyyətlərini səmərəli həyata keçirməsinin əsas şərtlərindən biri onların yetərli maliyyə potensialına malik olmasıdır. Bələdiyyələr milli iqtisadi siyasət çərçivəsində öz funksiyalarını həyata keçirərkən sərbəst surətdə istifadə etmək üçün kifayət həcmdə xüsusi maliyyə vəsaitinə malik olmalıdır. Bələdiyyələrin öz vəzifələrini yerinə yetirməsi onun maliyyə vəziyyəti ilə birbaşa bağlıdır. Bələdiyyə maliyyəsi bələdiyyənin fəaliyyətinin əsas mənbəyidir və onun zəif olması fəaliyyətinə ən ciddi təsir göstərən amillərdəndir. Bələdiyyələrin maliyyə münasibətlərinin formalaşdırılmasında “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və digər qanunların və hüquqi sənədlərin qəbul edilməsi mühüm rol oynamış yerli əhəmiyytli məsələləri həll etmək iqtidarında olan, müstəqil özüidarəetmə qurumu kimi fəaliyyət göstərməsinə şərait yaradılmışdır.

Yerli özünüidarənin təkmilləşdirilməsi həm bələdiyyələrin fəaliyyətinin əsaslarından biri kimi ictimaiyyətlə əlaqələrin perspektivlərini artırır,həm də yerli məsələlərin həlli imkanlarını yüksəldir. Dövlər idarəçiliyində dayanıqlı əlagələrinin qurulması nə qədər əhəmiyyət kəsb edirsə,yerli özünəidarəetmənin təkmilləşməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində bələdiyyətlərin ictimai qurumlarla və yerli əhali ilə dayanaqlı əlaqələri və dövlət orqanları ilə qarşılıqlı münasubətlərin qurulması da bir o qədər əhəmiyyət kəsb edir. Aydındır ki, bələdiyyələrin maliyyə - iqtisadi fəaliyyətində yerli büdcənin tərtibi, təsdiqi və icrası xüsusi əhəmiyyət kəsb edir. Yerli büdcənin hazırlanmasında planların, xüsusilə strateji planların nəzərə alınması zəruridir. Məlumdur ki, büdcə bu və ya digər təşkilatın real məqsəd və hədəflərini əksedtirən maliyyə sənədidir. Büdcə özündə təşkılatın gündəlik fəaliyyət göstərmək və məqsədlərinə çatmaq üçün sərf etdiyi maliyyə vəsaitlərini,eləcə də mövcud gəlir mənbələri və onların həcmini əks etdirir.”

Sonda bələdiyyə sədri Valeh Abdullayev bildirib ki, bələdiyyələrin işinin təkmilləşdirilməsi aşağıdakı istiqamətlərdə aparılmalıdır.

-Bələdiyyələr ərazidə gördükləri işlərlə əhalini tanış etmək üçün mütəmadi olaraq təbliğat aparmalı, elektron informasiya texnologiya vasitəsi ilə görülən işləri işıqlandırmalıdır.

- Bələdiyyə büdcələri qarşıdakı bir neçə ili əhatə edən strateji plan əsasında hazırlanmalıdır.

-Bələdiyyələr yerliözünüidarəetməni tam həyata kecirməyə imkan verən büdcə gəlirlərinin artırılmasının təmin olunması

-Bələdiyyələrə yeni salahiyyətlərin verilməsi və onun maliyyə təminatının ayrılmasını təmin edən islahatların aparılması

-Vergilərin bələdiyyə büdcəsinə tam ödənilməsini təmin etmək üçün marifləndirici tədbirlərələ yanaşı həvəsləndirimə tədbirlərinin aparılması

Belediyye.info

ŞƏRHLƏR